29 Mart 2024
Berlində neo-nasistlər Holokost qurbanlarının xatirəsinə təşkil olunan aksiyanı dayandırdılar

Berlində neo-nasistlər Holokost qurbanlarının xatirəsinə təşkil olunan aksiyanı dayandırdılar

21 Aprel 2020
Baxış: 2508

İyrənc antisemitizm aksiyası Alman Neonasistlər tərəfindən quruldu, İsrailin Berlindəki Səfirliyi tərəfindən Xatirə Günü və Avropa Yəhudilərinin Qəhrəmanlığı münasibətilə təşkil edilən tədbiri pozmağa cehd göstərilib.

İsrailin Almaniyadakı səfiri Jeremy Issaxarovun sözlərinə görə, antisemitizm, Holokostdan xilas olan Zvi Hersçelin çıxışı zamanı Zoom platforması vasitəsi ilə diplomatik nümayəndəliyin təşkil etdiyi video qoşulub.

Neo-nasistlər əllərində Adolf Hitlerin portretlərini tutaraq, anti-İsrail və antisemit şüarları qışqırıblar. Hadisə ilə əlaqədar video yayım kəsilib. Bütün çağırılmamış qonaqlar "qovulandan" sonra yenidən video yayım öz işinə başlayıb.

Ceremi İssaxarov artıq Almaniya rəhbərliyinə antisemitizm hərəkətini pisləmək və təcavüz edənləri məsuliyyətə cəlb etmək çağırışı ilə müraciət edib.