25 Aprel 2024
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizədini açıqlayıb

Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizədini açıqlayıb

11 Yanvar 2021
Baxış: 1262

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizədini açıqlayıb.

AJM-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, Co Bayden bu posta veteran diplomat Villiam Börnsün namizədliyini irəli sürüb.

Qeyd edək ki, 64 yaşlı Villiam Börnsün ABŞ Dövlət Departamentində 33 illik karyerası var. O, ABŞ-ın Rusiyada və İordaniyada səfiri vəzifələrində çalışıb. V. Börns 2014-cü ildə "Carnegie Endowment of International Peace" beyin mərkəzində fəaliyyətə başlayana qədər ABŞ dövlət katibinin müavini postunda da çalışıb.

Teqlər: Bayden