24 Aprel 2024
Bayden İsrailin yeni Baş Naziri ilə GÖRÜŞƏCƏK

Bayden İsrailin yeni Baş Naziri ilə GÖRÜŞƏCƏK

29 İyun 2021
Baxış: 697

ABŞ prezidenti Cozef Bayden tezliklə İsrailin yeni baş naziri Naftali Benneti qəbul edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

"Prezident Baş nazir Bennetti tezliklə qəbul etmək imkanını gözləyir. Biz görüşün tarixi üzərində işləyirik", - Psaki brifinqdə deyib.

İyunun 13-də Knesset Bennettin yaxın iki il ərzində rəhbərlik edəcəyi yeni İsrail hökumətinə etimad göstərilməsinə səs verib. Elə həmin gün Bayden yeni baş nazirə telefonla zəng edərək, onu təbrik edib. Ağ Ev rəhbəri ABŞ-ın İsrailin ən yaxşı dostu olduğunu xatırladıb.