25 Aprel 2024
“Bavariya” Lukas Ernandesi satmayacağını açıqlayıb

“Bavariya” Lukas Ernandesi satmayacağını açıqlayıb

24 İyun 2020
Baxış: 378

Almaniyanın “Bavariya” klubu futbolçusu Lukas Ernandesi satmayacaq.

Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu fransalı müdafiəçini daha bir il heyətində saxlamağa qərar verib.

Baxmayaraq ki, Ernandesin özü də klubdan getməkdə maraqlıdır. Onun heyətində görmək istəyən komandalar arasında PSJ-də var.

Qeyd edək ki, Ernandesin “Bavariya” ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.