25 Aprel 2024
Batumidə Azərbaycan vətəndaşının növbəti məhkəmə iclası başa çatdı

Batumidə Azərbaycan vətəndaşının növbəti məhkəmə iclası başa çatdı

26 Yanvar 2022
Baxış: 453

Batumi Şəhər Məhkəməsində şəhərdə binanın bir hissəsinin çökməsi işi üzrə ittiham olunan Azərbaycan vətəndaşı Zaur Budaqov və daha 2 nəfərin işi üzrə keçirilən növbəti məhkəmə iclası başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, prosesdə distant qaydada iştirak edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Məhkəmə ittiham tərəfinin sübutlarının araşdırılması mərhələsinə keçəcək. Proses fevralın 10-da başlayacaq və may ayına qədər davam edəcək. İş üzrə sübutların həcminə görə ittiham tərəfinə 10 dinləmə təyin olunacaq və bundan sonra müdafiə tərəfinin əldə etdiyi materiallara baxış keçiriləcək.