25 Aprel 2024
Baş Prokurorluq helikopter qəzası ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırdı

Baş Prokurorluq helikopter qəzası ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırdı

30 Noyabr 2021
Baxış: 2637

Baş Prokurorluq helikopter qəzası ilə bağlı KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, ajiotaj yaradacaq məlumatlar yaymamağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə brifinqdə bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur.

“Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.