20 Oktyabr 2021

Azerbaijan, Baku

13°C/19°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Bakının bu ərazisində də metro stansiyası tikiləcək - RƏSMİ

Bakının bu ərazisində də metro stansiyası tikiləcək - RƏSMİ

21 Sentyabr 2021
Baxış: 234

Bakı metrosunda Bənövşəyi xətt üzrə inşa ediləcək 5-ci yeni stansiyanın yeri müəyyən edilib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Trend-ə Bakı Metropoliteni QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, yeni stansiyanın yeri artıq məlumdur:

"Yeni stansiya metronun "Nizami" stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək".

Xatırladaq ki, bu gün Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb.

Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. B-04 stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.