18 Aprel 2024
Bakının artıq bütün rayonları üzrə səyyar sosial reabilitasiya xidmətləri göstərilir - FOTO

Bakının artıq bütün rayonları üzrə səyyar sosial reabilitasiya xidmətləri göstərilir - FOTO

28 Dekabr 2021
Baxış: 636

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Bakının daha 4 rayonunda (Nəsimi, Xətai, Xəzər və Pirallahı) sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlara səyyar formada sosial reabilitasiya xidmətlərinə başlanıb.

AJMEDİA.İNFO xəbər verir ki,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Beləliklə, paytaxtın artıq bütün rayonları üzrə bu xidmətlər göstərilir.

Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu həmin uşaqları yaşadıqları evlərdə sistemli şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir.

Uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi və s. kimi halların reabilitasiyası aparılır. Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur. Psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir.

Xidmətdən faydalanmaq istəyən paytaxt sakinləri Sosial Xidmətlər Agentliyinə və Agentliyin yaşadıqları rayonlar üzrə filiallarına müraciət edə bilər.