29 Mart 2024
Bakıdan İzmirə uçuşların sayı artırılır

Bakıdan İzmirə uçuşların sayı artırılır

30 İyul 2021
Baxış: 706

Bu gündən etibarən Bakıdan Türkiyənin kurort şəhəri olan İzmirə xüsusi reyslərin sayı artırılır.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Bildirilib ki, yay uçuş cədvəli çərçivəsində, həftədə üç dəfə (çərşənbə, cümə və bazar günləri) Bakı-İzmir-Bakı istiqamətində yerinə yetirilən gündəlik reyslərə daha bir reys əlavə olunacaq.

Bununla da bu istiqamətdə reyslərin sayı həftədə 10 dəfəyə çatdırılacaq. (Qafqazinfo)