29 Mart 2024
Bakıda uşaq qidasından qurd çıxdı - VİDEO

Bakıda uşaq qidasından qurd çıxdı - VİDEO

16 Oktyabr 2021
Baxış: 412

Bakıda marketlərdən birindən alınan düyü unundan qurd çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, şəhər sakinlərindən biri bildirib ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bizim market”də aldığı düyü unundan qurd çıxıb.

Vətəndaşın bildirdiyinə görə, düyü unundan adətən körpə uşaqlar üçün sıyıq bişirirlər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən saytımıza bildirilib ki, məsələ ilə bağlı məlumatlar götürülərək agentliyin müfəttişləri tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticəsi barədə məlumat veriləcək”.