29 Mart 2024
Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib

30 Avqust 2021
Baxış: 424

Bakıda qadına qarşı zor tətbiq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları Bakı şəhər sakini olan bir qadına zor tətbiq edərək içərisində 60 manat və sənəd olan pul kisəsini almaqda şübhəli bilinən şəxsi müəyyən edib.

Keçirilən əməliyyatla paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Mirzəyev saxlanılıb. (APA)