25 Aprel 2024
Bakıda polklinikanın qapısını sındıran qazi deyil - RƏSMİ -VİDEO

Bakıda polklinikanın qapısını sındıran qazi deyil - RƏSMİ -VİDEO

01 Sentyabr 2021
Baxış: 753

Ötən gün Bakıda 7 saylı şəhər polklinikasında baş verən insidentlə bağlı araşdırma başlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin şəxsin Birinci Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır:
“Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır.
Onun törətdiyi əməllə bağlı Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Bakının Xətai rayonunda 7 saylı şəhər polklinikasında peyvəndləmə növbəsini gözləyən vətədaşlardan biri qapının şüşəsini sındırıb. Özünü Qarabağ qazisi olaraq təqdim edən şəxsin bu əməli barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Özünü Qarabağ qazisi kimi təqdim edən şəxs polklinikanın şüşəsini sındırdı. (lent.az)