25 Aprel 2024
Bakıda polisin öldürdüyü qadının görüntüləri - Hadisə yerindən ANBAAN VİDEO

Bakıda polisin öldürdüyü qadının görüntüləri - Hadisə yerindən ANBAAN VİDEO

30 Sentyabr 2021
Baxış: 741

Azərbaycanda polisin arvadını qətlə yetirdiyi bölmədən videogörüntülər yayılıb.

AJMEDİA.İNFO-nun Oxu.Az-a istinadən məlumatına görə, görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub.

Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.