20 Aprel 2024
Bakıda POLİS avtomobillə ƏSGƏRİ vurub ÖLDÜRDÜ - FOTO

Bakıda POLİS avtomobillə ƏSGƏRİ vurub ÖLDÜRDÜ - FOTO

10 Noyabr 2021
Baxış: 1271

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı sabiq polis serjantı Vaqif Novruzov avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış Daxili Qoşunların əsgəri Rövşən Alxasovu vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə noyabrın 6-da Sabunçu rayonu ərazisində baş verib:

“Sabiq polis serjantı Vaqif Novruzov idarə etdiyi “Toyota” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında dayanmış DQ-nin əsgəri Rövşən Alxasovu vurub. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq orada vəfat edib”.