18 Aprel 2024
Bakıda kişini avtomobil vuraraq komaya salıb

Bakıda kişini avtomobil vuraraq komaya salıb

20 Oktyabr 2021
Baxış: 420

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Qəza metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib.

Belə ki, 41 yaşlı Əli Əliyev yolu keçərkən onu avtomobil vurub. Yaralı komatoz vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.(Apa.az)