25 Aprel 2024
Bakıda evlərdən və mebel sexindən oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

Bakıda evlərdən və mebel sexindən oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO

26 Yanvar 2022
Baxış: 460

Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Əliqismət Əzizov qısa zamanda saxlanılıb.

Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən və 1 mebel sexindən oğurluq etdiyi müəyyən edilib. Əliqismət Əzizov izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əliqismət Əzizovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.