22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Bakıda doğulmuş kəşfiyyatçı Rixard Zorgenin meyitinin qalıqları Yaponiyadan Rusiyaya təhvil verilə bilər

Bakıda doğulmuş kəşfiyyatçı Rixard Zorgenin meyitinin qalıqları Yaponiyadan Rusiyaya təhvil verilə bilər

26 Yanvar 2022
Baxış: 251

Rusiya əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin meyitinin qalıqlarını ölkə ərazisində dəfn etmək məqsədilə Yaponiya ilə danışıqlar aparır.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib.

S.Lavrov söyləyib ki, Rusiya Yaponiyanın bu məsələnin yekun həlli ilə bağlı müsbət qərarını gözləyir.

“Rixard Zorgenin meyitinin qalıqlarını Saxalin vilayətinin cənubunda, Kuril dağ silsiləsinin cənubunda dəfn etmək təşəbbüsü var”, - deyə təcrübəli rusiyalı diplomat bildirib.

S Lavrovun sözlərinə görə, bir vaxtlar R.Zorgenin məzarının təhlükəsizliyi sual altında olub, lakin Rusiyanın Yaponiyadakı səfirliyi onun xilas edilməsində fəal iştirak edib.

Qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib.

Yaponiyada jurnalist adı altında xəfiyyə kimi fəaliyyət göstərən Rixard Zorge SSRİ-ni Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumatlandırıb.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində asılaraq edam edilib.

Edamın ardından R. Zorgenin meyiti saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığda dəfn edilib.

Sonralar xəfiyyənin cəsədi həbsxanadan çıxarılıb. Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilib.