25 Aprel 2024
Bakıda dini toy karvanının AVTOXULİQANLIĞI: 16 "avtoş" tutuldu - VİDEO

Bakıda dini toy karvanının AVTOXULİQANLIĞI: 16 "avtoş" tutuldu - VİDEO

25 Oktyabr 2021
Baxış: 647

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib.

AJMEDİA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dünən - oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

Şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, toy iştirakçılarından biri – Füzuli Malıyev hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Toyun təşkilatçısı olan A.Balaəhmədov və A.Hüseynzadə, habelə F.Malıyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.