28 Mart 2024
Bakıda DƏHŞƏTLİ HADİSƏ: Tələbələr həlak oldu - FOTOLAR

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Tələbələr həlak oldu - FOTOLAR

23 Sentyabr 2022
Baxış: 398

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, manşet.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonununda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişib. Hadisə yerinə Yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirirlir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.