25 Aprel 2024
Bakı-Xırdalan-Sumqayıt qatarı, sərnişin daşımalarını bərpa edir

Bakı-Xırdalan-Sumqayıt qatarı, sərnişin daşımalarını bərpa edir

05 May 2021
Baxış: 1360

Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarının fəaliyyətə başlayacağı haqqda məlumat verilib.

AJMEDİA.İNFO xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin verdiyi məlumata görə, mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edəcək elektrik qatarı sərnişin daşımalarını bərpa edəcək.

Məlumatda əsasən, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.