29 Mart 2024
Bacarıqların inkişafı ağlın inkişafından əvvəl gəlir
Bacarıqların inkişafı ağlın inkişafından əvvəl gəlir
Bacarıqların inkişafı ağlın inkişafından əvvəl gəlir

Bacarıqların inkişafı ağlın inkişafından əvvəl gəlir

23 Avqust 2020
Baxış: 4319

Təbiisərvətlərtükənəndəyərlərdir, ancaqtəhsil, bilik, elm əbədi, hərbirölkəningücləndirilməsinətöhfəverənamildir.

İlham Əliyev

Bilirik ki, təhsil cəmiyyətin inkişafının təxminən 70 faizini təşkil edir. Cəmiyyətin inkişaf dinamikası isə çox sürətli templə irəliləməkdədir. Bu baxımdan mütəmadi olaraq, yenilənməyə, mental dəyərləri qorumaqla beynəlxalq standartlara cavab verməklə daxili keyfiyyətlərimizi də inkişaf etdirməyə, daim ehtiyac var.

Mütəmadi olaraq təhsil sahəsində qəbul olunmuş qərar və sərəncamlardan, dövlət təhsil proqramlarından xəbərdar olmağa çalışıram, təhsil xəbərlərini izləyir,yenilikləri tətbiq etməyə çalışıram.

Bir təhsil işçisi kimi rəy və təkliflərimi bildirməkistədim.

Qarşımızda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının birinci istiqaməti - Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması və bu istiqamətdə strateji hədəflər və tədbirlər üzrə Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması; ikinci istiqamət - Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması və bu istiqamətdə strateji hədəflər və tədbirlər üzrə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması tələbi qoyulmuşdu

Standartlarını reallaşdırmaq üçün aşağıdakı təhsil islahatlatının aparılmasının müsbət nəticələr verəcəyinə inanaraq qeyd edirəm ki;

A) Problem Əsaslı Öyrənməyə (bundan sonra PƏÖ) yönəlmiş təhsil proqramları və tədris materialların hazırlanması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi;

B) Təhsilalanların istedadının aşkar olunması ;

C) Təhsilalanların inkişafının daha da sürətləndirilməsi.

Belə ki, hər kəsə məlumdur, beynəlxalq təcübələrə əsasən, bu gün insanın nə qədər və hansı səviyyədə nəzəri biliyə sahib olması yox , hansı praktik bacarığa malik olması əhəmiyyət daşıyır.

Təhsil müəssisələrinin bazar iqtisadiyyatı, xüsusən, beynəlxalq arenalarda deyəcək sözünün olmasına yeganə səbəb şagirddə formalaşdırdığı bacarıq ola bilər. Günümüzdə görünən odur ki, bu bacarıqları digər inkişafetmiş ölkələrdə PBL(Problem Basic Learning) və PƏÖ vasitəsilə formalaşdırırlar.Təhsildə yüksək göstəricilərilərinə görə ilkin pillələrə sahiblik edən Şərqi Asiya ölkələrində sözügedən metod və metodologiya tədrisin əsas sturukturunu təşkil etməklə digər ölkələri keçməkdə davam edir: Qismən oxşar tədris quruluşuna malik Cənubi Koreya birinci, ondan sonra isə ardıcıl olaraq Yaponiya ikinci, Sinqapur üçüncü və Honq Konq dördüncü yerdə qərarlaşır. Bütün bu ölkələrin təhsil sistemlərində “irsi intellekt” yüksək qiymətləndirilir. Belə ki, tədris prossesində müəllimin fasilitasiyası ilə şagirdqarşısında müvafiq standarta əsasən problem qoyulur. Qoyulmuş problemin aktuallığı, həlli vacibliyi proritetləşdirilir. Həlli yolu ilkin formada layihələndirilir və bəsit şəkildə yerinə yetirilir. Eyni zamanda nəzərdə tutulur ki, əldə edilmiş nəticəmodeli təkmilləşdirilə bilər. Bu problemin ilkin mərhələdə, bəlkə də,bəsit şəkildə, lakin həlli mümkün olur(fikir tam açılmalıdır). Növbəti dərslərdə həmin bəsit metodları daha da təkmilləşdirilərək öncəkindən daha təkmil və əsaslı şəkil alır,həyata keçirilir. Bu gedişlə şagirdlər hər dəfə eyni problemi sıfırdan deyil, qaldığı yerdən inkişaf etdirməyə faselitasiya olunur. Lev Viqodskinin dili ilə desək, müəllimlər skafaylinq etməklə (daha aktiv sosial faselitasiya- şagirdə yol göstərməklə, dəstəkləmək, potensial imkanlarını aşkarlamaqla) şagirdləri “aktual inkişaf zonası”ndan “yaxın inkişaf zonası”na daşıyaraq eyni zamanda sosiallaşdırırlar.

Fikrimcə,şagirdin şəxsi layihələrinə üstünlük verilməli, onun problemgörmə və onu həll etmə istiqamətində bacarıqları aşkarlanmalıdır.Hesab edirəm ki, layihə əsaslı öyrənmə ilkin olaraq sinif otaqlarından, 1 dərs müddətindən (45 dəq) başlanmalıdır. Xüsusi olaraq vurğulamaq istətdim ki,qısamüddətli layihələr daha tez nəticələr verdiyi üçün şagirdləri yaradıcı kəşflərə motivə edir. Bəs şagirdi necə istiqamətləndirməli?

Bunun üçün ilk növbədə şagirdə səhv etməkdən qorxmamağı aşılamaq,ona stimul vermək lazımdır. Şagirdə anladılmalı və inandırılmalıdır ki, səhvlər olmadan nəyisə öyrənmək,təcrübə qazanmaqmümkünsüzdür.Daha sonra hər şagirdin yaş psixologiyasını, bilik və bacarıq səviyyəsini, sosial mühitini dəyərləndirməklə problem əsaslı tapşırıqlar verib, onu Korol Dverkin nəzəriyyəsi ilə desək, sabit zəkadan çevik zəkaya yönləndirmək lazımdır. Məsələn,Zümrüd riyazi bacarıqlarını inkişaf etdirərək, sinifdəki şagirdlərə dəstək olmaq üçün keçirilən mövzunudərsdən sonra əyaniləşdirir.Şamil isə Zümrüdün əyani vəsaitlərindən istifadə etməklə yeni modellər hazırlayır. Deməli, mövcud layihələrin üzərində işləməklə şagird yeni texnologiyalar tətbiq edib, nəticədə daha praktik model hazırlaya bilirsə, demək, təhsilverən prosesi sabit zəkadan çevik zəkaya keçirməyi bacarıb. Bu,preqmatik şəxsiyyət yetişdirə bilmək deməkdir.Bu faktdır ki,müəllim şagirdə “özü olmağı” öyrədəndir. Psixoloji dəstək, formativ qiymətləndirmə, stimullaşdırmadan əlavə belə şagirdlərin təkcə öz şəkilləri deyil layihədə əldə etdikləri camiyyətə fayda verəcək model nəticələri məktəb güşələrini bəzəməli, digər şagirdlərə örnək və istiqamət olmalıdır. Bəlkə də başqa bir şagird həmin layihələrdən ilhamlanıb ilkin versiya kimi güşələrdəki modellərdən birinin üzərində işləyib daha da təkmilləşdirəcək, daha səmərəli formaya salacaq. Bəli, qiymətləndirilmə təkcə nəzəriyyəyə deyil, həm də kütlə içərisinə daşınmalıdır.

Bugünkü təhsilimizin tələbinə əsasən, əsas məqsəd də elə budur: Diferensial təlimə-təlimi fərdiləşdirməyə imkan vermək. Metakoqnitiv- strateji və reflektiv biliklərə malik, iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqlı, səriştəli şəxsiyyət yetişdirmək.

ABŞ yazıçı-sosioloqu, məşhur insan yeişdirmə üzrə mütəxəssis, Çarls Con Huffam Dikensin təbirincə,insan başqalarının inkişafına kömək etmirsə,həqiqətən inkişaf edə bilməz. Bəli, müəllimlərin həm özlərinin, həm də şagirdlərin yetişdirilməsi üçün “Təhsilverənlər üçün kiçik layhələrin dəstəklənməsi proqramı” hazırlanıb isitifadəyə verilsə , Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının beşinci strateji istiqamət - Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasını daha səmərəli həyata keçirə bilərik.

“Təhsilverənlər üçün kiçik layhələrin dəstəklənməsi proqramı” nəyə xidmət edir?

Bu gün məktəb rəhbərliyi tərəfindən müəllimlərin məktəbin ictimai işlərinə cəlb edilməsinə, qısamüddətli, inteqrativ məktəb, sinif layihələrinə, yeni formatlı təşkilat saatlarında iştirakına cəlb olunmasının çətinliyi gözlə görünəndir. Çünki bu məsələdə müəllimlərin maraqları qarşılanmır. Yəni müəllim məktəb rəhbərliyi tərəfindən stimullaşdırılmır.Çünki məktəb rəhbərliyinin məktəbin ictimai həyatında fəallıq göstərən müəllimləri qiymətləndirmək, onları stimullaşdırmaq imkanları məhduddur. Mənəvi dəyərlər üzərində qurulan bir neçə kiçik fədakarlıqlar, habelə məktəb rəhbərliyi tərəfindən verilən həvəsləndirici təşəkkürnamə, Fəxri Fərman üçün heç bir fəaliyyət əhəmiyyətli proqram nəzərdə tutulmayıb. Yəni bu dəyərləndirmələr hüquqi qüvvəsi olmadığından əsassız hesab olunur. Başqa sözlə desək,onlarla fəxri fərman, təşəkkürnamə və bu kimi həvəsləndirici təltiflərə sahib olan müəllimin, heç bir təltifə sahib olmayan müəllimdən rəsmi olaraq fərqi yoxdur. Odur ki, müəllim məktəbdə əsas işi olan mövcud tədris standartlarını şagirdlərə mənimsətməkdən başqa məktəbin ehtiyacları üçün dəstəkverici əməkdaşlığı maraqsız sayır.

Təklif edirəm, məktəb rəhbərliyinə müəyyən imkanlar verilsin ki,bu istiqamətdə məktəb - müəllim marağı qarşılansın.

Bu gün müəllim öz yaradıcı fəaliyyəti ilə bağlı bütün dəstək və titulları birbaşa Təhsil Nazirliyi və ya BŞTİ dən ala bilir. Çox vaxt məktəbdən alınan hər hansı rəyə belə ehtiyac olmadan müəllim birbaşa idarəedici təhsil qurumlarına rəsmi müraciət edir, müxtəlif tədbir və layihələrdə fərdi iştirak edir, mükafatlandırılır. Bir tərəfdən bunu demokratik münasibətlərin əks olunması baxımından yaxşı hal kimi qiymətləndirmək olar. Digər tərəfdən isə ən azından subardinasiyanın qorunması məqsədilə, ilk olaraq müəllimin işlədiyi müəssisənin rəhbərliyini rəsmi məlumatlandırmaq məsuliyyəti olmalıdır. Təhsil müəssisəsinin öz əməkdaşlarına rəy vermək üçün imtiyazları olarsa, müəyyən formadahəm öz statusu, həm də müəllimin məktəbə marağıformalaşar. Bunun əksi məktəbin müəllimin inkişaf yolunda əhəmiyyətsizliyi kimi qiymətləndirilir.

Təklif edirəm, PƏÖ bütün siniflərdə tədris planına salınsın, əsas fənn müəllimləri STEAM kurslarından keçməklə öz ixtisasları üzrə dərs saatlarından əlavə dərs dedikləri siniflərdə STEAM dərslərini tədris etsinlər. Çünki PƏÖ təlim metodologiyası əsasən STEAM yeni oyrənmə sistemində özünü əks etdirir.

Nədir STEAM?

- STEAM ( SCİENCE, TECHNOLOGY, ENGİNEERİNG, ART, MATH.) Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat – fənlərinin inteqrativ tədrisini özündə əks etdirən cəmiyyətimizin inkişafı üçün mövzuların və texnikaların inteqrativ birləşməsini dəstəkləyən səriştə və nəticə əsaslı diferensiallaşdırılmış fəndir. Hansı ki, burada müəllim öz fənninin inteqrativliyini,praktik əsaslarla nümayiş etdirə bilər.

Bir təklifim də var: hər bir tədris müəssisəsinin öz atributu (gerb,himn, bayraq və s.) olsun. Çünkinecə ki, hər ailə kiçik bir dövlətdir. Hər məktəbdə neçə - neçə ailə nümayəndəsini vahid sistem altında yetişdirən, inkişaf etdirən, öz daxili nizamnaməsi, qərarverici-Pedoqoji Şurası, əmrləri, protokolları, sənədləşmələri, müəyyən səlahiyyətləri, idarəetmə mexnizmi olan kiçik bir dövlət hesab oluna bilər. Niyə də bu “dövlət”in atributu olmasın? İstərdim ki,Təhsil Nazirliyi tərəfindən bu təklifim arzuolunan hesab olunsun.

Sonda məqaləmi Aristotelin sitatı ilə yekunlaşdırmaq istəyirəm: “Təhsildə bacarıqların inkişafı ağlın inkişafından əvvəl olmalıdır”.



S. C. Pişəvari adına Respublika Humanitar fənlər

gimnaziyasının təlim tərbiyə işləri üzrə direktor muavini

Leyla Hacıyeva