20 Aprel 2024
Azyaşlını xilas edən şəxsə iş adamı MƏNZİL HƏDİYYƏ ETDİ - VİDEO

Azyaşlını xilas edən şəxsə iş adamı MƏNZİL HƏDİYYƏ ETDİ - VİDEO

11 May 2022
Baxış: 527

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində maraqlı hadisə baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hündürmərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan Sabit Şontakbayev 8-ci mərtəbədəki eyvandan yıxılmaq təhlükəsi olan 3 yaşlı uşağı xilas edib. İş adamı bu qəhrəmanlığına görə həmin şəxsə mənzil hədiyyə edib.

Qazaxıstanda kiminsə həyatını xilas edən şəxslər dövlət tərəfindən "Xalq qəhrəmanı" fəxri adına layiq görülür.

Qeyd edək ki, bu barədə tanınmış jurnalist Aida Eyvazlı sosial şəbəkə hesabında məlumat verib.