24 Aprel 2024
“Azərbaycanlılar ordumuzun belini qırdılar” - Erməni generaldan ŞOK AÇIQLAMA

“Azərbaycanlılar ordumuzun belini qırdılar” - Erməni generaldan ŞOK AÇIQLAMA

27 May 2021
Baxış: 638

Erməni generalı Arşavir Qaramyan Ermənistan mətbuatına müsahibə verib.

AJMEDİA.info xəbər verir ki, Qaramyan verdiyi müsahibədə etiraf edib ki, bu gün Ermənistan ordusu deyilən bir təsisat mövcud deyil:

“Mənim üçün ərazi itkisindən daha ağrılı məqam Ermənistan silahlı qüvvələrinin onurğa sütununun sındırılmasıdır”.

A.Qaramyan həmçinin qeyd edib ki, Ermənistan müharibədə ciddi insan itkisinə məruz qalıb və bu orduya vurulan ən ağır zərbədir.

A.Qaramyan söyləyib ki, 44 günlük müharibədə Ermənistan ordusunun biabırçı məğlubiyyətinin bir neçə səbəbi var:

“Biz bir müddət Ermənistan silahlı qüvvələri haqqında həqiqətə uyğun olmayan illüziyalarla yaşadıq. Çağırışlar səhv qiymətləndirildi və müvafiq islahatlar həyata keçirilmədi”.

A. Qaramyan məğlubiyyətin səbəblərini sadalayarkən zirehli texnika və hava hücumundan müdafiə sistemində olan çatışmazlıqlardan, həmçinin, ordudakı təşkilatı işlərin aşağı səviyyədə həyata keçirilməsinə toxunub.