19 Aprel 2024
Azərbaycanlılar Birliyi (Azerbaijani Union) adlı vahid platforma yaradılıb

Azərbaycanlılar Birliyi (Azerbaijani Union) adlı vahid platforma yaradılıb

24 Aprel 2020
Baxış: 3138

Kaliforniya ştatının San Fransisko şəhərində məskunlaşmış həmyerlilərimizin təşəbbüsü ilə ABŞ və Kanada azərbaycanlılarının bir yerə toplaşaraq fərqli fəaliyyət sahələri üzrə bir-birinə dəstək verilməsi istiqamətində xüsusi sistem qurulub.
Hal-hazırki karantin dövrünün qaydalarına uyğun olaraq tədbir onlayn şəkildə həyata keçirilərək, Amerika Birləşmiş Ştatlarından 15 ştatı təmsil edən nümayəndə, Kanadadan isə 2 əyalət nümayəndəsi iştirakı ilə baş tutub. Tədbir əsanasında www.azerbaijaniunion.com platforması və Slack müzakirə platforması tanıdılıb.
Azerbaijani Union platforması birlik üzvlərinə fərqli imkanlar təqdim edir. ABŞ və Kanadada yaşayan azərbaycanlılar sayta daxil olaraq ödənişsiz kurslar, təcrübə proqramı, yerli şirkətlərin xidmətlərindən endirimli istifadə və yaşadıqları ştat və əyalətdəki cəmiyyətlərdən dəstək və s. imkanlar əldə edə bilərlər.
Üzvlər həmçinin Slack platforması üzərində Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında və Kanadanın fərqli əyalətlərində yaşayan digər azərbaycanlılarla artıq çox asan şəkildə əlaqə qura biləcəklər. Bu imkan Amerika və ya Kanadaya yeni immiqrasiya etmiş həmyerlilərimizə yerli həyata uyğunlaşmaqda yardım edəcək. Eyni zamanda bir ştatdan digər ştata səyahət edən və ya birdəfəlik köçən insanlara yeni məkanda yaşayan həmyerliləri tapmaqda yardımçı olacaq.