29 Mart 2024
Azərbaycanlı xakerlər separatçıların "nazirliyinin" saytını DARMADAĞIN ETDİLƏR

Azərbaycanlı xakerlər separatçıların "nazirliyinin" saytını DARMADAĞIN ETDİLƏR

23 Sentyabr 2021
Baxış: 541

Azərbaycanlı hakerlər qondarma rejimin Əmək, Sosial və Miqrasiya Məsələləri Nazirliyinin rəsmi saytını darmadağın ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qondarma Nazirliyin mətbuat katibi Ani Tovmasyan saytın haker hücumundan sonra işləmədiyini deyib:

“Düşmən xüsusilə bayram günlərində bu cür haker hücumları həyata keçirir. Mütəxəssislər problemin ən qısa zamanda aradan qaldırılması üçün çalışırlar” – deyə Tovmasyan vurğulayıb.

Ermənilər hələ də anlamırlar ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu torpaqlarda qondarma rejimə məxsus bayraq asıla və ya dövlət qurumu fəaliyyət göstərə bilməz. Əgər göstərəcəksə, o zaman aqibəti bu cür olacaq. Azərbaycan hərbçisi Qarabağda, hakerləri isə internet üzərində qondarma rejimə aid nə varsa məhv edəcək.(konkret.az)