18 Aprel 2024
Azərbaycanlı qadınların Türkiyədə şok əməlləri: "Sonra ərə getdim..." – TƏFƏRRÜAT

Azərbaycanlı qadınların Türkiyədə şok əməlləri: "Sonra ərə getdim..." – TƏFƏRRÜAT

25 Aprel 2022
Baxış: 2315

İki azərbaycanlı qadını yüksək maaş vədi ilə Türkiyəyə yollayaraq cinsi istismara məruz qoymaqda ittiham olunan 1985-ci il təvəllüdlü Ülviyyə Həsənovanın cinayət işinə baxılıb.

AJMEDİA.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, Ülviyyə 2016-cı ilin sentyabrın əvvəllərində Antalya şəhərindən mobil telefon vasitəsilə Məlahətlə (zərərçəkmişlərin adları şərti verilib – red.) əlaqə saxlayıb. Ona həmin şəhərdə yüksək maaşlı işə düzəldəcəyini vəd edib.

Məlahət razılıq verdikdən sonra bütün yol xərclərini ödəyib və onu 18 sentyabr 2016-cı ildə Azərbaycanın dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Antalya şəhərinə aparıb.

Onu 20 sentyabr 2016-cı ildən 22 sentyabr 2016-cı ilədək həmin şəhərin istintaqa məlum olmayan müxtəlif ünvanlarında pul ödənişi müqabilində kişi müştərilərə təqdim edib, cinsi istismara məruz qoyub.

Ülviyyə 2016-cı il noyabrın ortalarında Məlahətin Antalya şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb, onu rüsvay edəcəyi ilə hədələyib. Onu hədə-qorxu ilə yenidən həmin şəhərə aparıb, kişi müştərilərlə cinsi əlaqədə olmasına şərait yaradıb.

Daha sonra Ülviyyə digər zərərçəkmiş Rəfiqəni də eyni üsualla aldadaraq Anatliyaya aparıb, orada kişi müştərilərlə cinsi əlaqəyə məcbur edib.

İstintaq orqanı tərəfindən Ülviyyətin barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1 (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-3.4-cü (bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan eidlib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun sədrliyi ilə baxılıb.

“Xəbəri olmayıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülviyyə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, təxminən 2016-cı ilin əvvəllərində Biləsuvar rayonunda yerləşən kafelərin birində işləyib: “Həmin vaxt əslən Tovuz rayonundan olan Ruhiyyə adlı qadınla tanış oldum. Əməkhaqqı bizi qane etmədiyindən birlikdə Türkiyəyə gedib, orada fahişəliklə məşğul olmaq qərarına gəldik. Ruhiyyə vatsap vasitəsilə Türkiyədə olan tanışına zəng etdi, ora gəlmək istədiyini bildirdi.

Bir müddət sonra Bakı şəhərində olarkən Türkiyədən mənə zəng etdilər. Zəng edən şəxs məni Antalya şəhərində işləməklə yaxşı qazanc əldə edəcəyimi dedi, ora gəlməyimi bildirdi. Mənimlə türk vətəndaşı arasında telefon danışığından Ruhiyyənin xəbəri olmayıb”.

“Cinsi xidmət göstərdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2016-cı ilin iyun ayında təyyarə ilə Antalya şəhərinə, oradan da taksi ilə Finikiya rayonuna gedib: “Məni Osman adlı şəxs qarşılayıb kirayəyə tutduğu evə apardı. Həmin evdə məndən başqa tanımadığım 2 azərbaycanlı qadın da vardı. Getdiyim gündən Osmanın kirayəyə götürdüyü evdə digər azərbaycanlı qadınlar kimi kişilərə cinsi xidmət göstərməyə başladım”.

Ülviyyənin ifadəsinə görə, 2017-ci ilin axırlarında onun Osmanla münasibəti daha da yaxşılaşdığından ər-arvad kimi yaşamağa başlayıblar: “Sonra Osman mənim üçün Antalya şəhərinin Finikiya rayonunda ayrıca ev tutdu və Osmanla həmin evdə yaşamağa başladıq.

Osman özü Finikiya rayonunda “Serpil” ləqəbli, əsl adı isə Məryəm Özkaya olan Türkiyə vətəndaşı ilə qadınların fahişəliyə cəlb edilməsi işi ilə məşğul olurdu”.

“Fahişəliklə məşğul olmağa məcbur edilmişəm”

Ülviyyə qeyd edib ki, Rəfiqə və Məlahəti Antalya şəhərində Osmanın kirayəyə tutduğu evdə olarkən tanıyıb: “Sonradan bildim ki, Rəfiqə də Osmanın tapdığı qızlardandır və orada Osmanın nəzarəti altında fahişəliklə məşğul olur. Rəfiqə fahişəliklə məşğul olan zaman tanışı Məlahəti də Osmanla əlaqələndirib. Bundan sonra Məlahət də Osmanın nəzarəti altında fahişəlik edib.

Nə Rəfiqəni, nə də Məlahəti Türkiyəyə aparmışam. Onları orada cinsi istismar etməmişəm. Özüm Türkiyədə Osman tərəfindən fahişəliyə məcbur edilmişəm.

Heç vaxt azərbaycanlı qadınları Türkiyədə cinsi istismar etməmişəm. Məlahəti Osmanın yanına Rəfiqə göndərib”.

“Bu çirkin əməlllərini həmin şəxslə birlikdə həyata keçirib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəfiqənin sözlərinə görə, çay evində ofisiant işləyib: “Ülviyyə də işlədiyim çay evinə gəlib-gedirdi, onunla tanışlığım belə yarandı. Bir gün Ülviyyə işlədiyim çay evinə gəldi və məni Türkiyəyə apararaq orada işlə təmin edə biləcəyimi bildirdi. Evdə problemlər və maddi sıxıntılar olduğundan təkliflə razılaşdım.

Ülviyyə təyyarə biletimi öz şəxsi puluna aldı. Birlikdə Türkiyəyə getdik. Orada Ülviyyə guya Türkiyədə “oturum” (qanuni əsaslarla yaşamaq) icazəsi almaq üçün pasportumu verməli olduğumu bildirdi. Mən də bu sözə inanaraq, pasportu verdim. Daha pasportumu qaytarmadı.

Ülviyyənin məni saxladığı evdə qalmağa məcbur oldum. O, məni həmin evdə işlətdi, yəni cinsi istismara məruz qalmağlma şərait yaratdı. Tanımadığım kişilərlə görüşdürdü, həmin şəxslərlə cinsi əlaqədə olmağa məcbur etdi. Yanında tanımadığım türk vətəndaşı olan kişi də vardı.

Ülviyyə bütün bu çirkin əməlllərini həmin şəxslə birlikdə həyata keçirirdi”.

Zərərçəkmiş qeyd edib ki, analığı xərçəng xəstəliyindən əziyyət çəkirmiş: “Analığımla telefon vasitəsilə videogörüntülü əlaqə saxlamış və onun vəziyyəti barədə məlumat almışam.

Analığımın xəstə olması, ömrünün son günlərini yaşaması barədə Ülviyyəyə bildirdim. Ondan məni buraxmağını xahiş etdim. Ülviyyə Azərbaycana gəlmək üçün mənə şərait yaratdı”.

“Maddi çətinliklərim barədə danışdım”

Digər zərərçəkmiş Məlahətin sözlərinə görə, bu hadisəyə qədər bir neçə dəfə müalicə almaq üçün Türkiyəyə gedib: “Geri qayıdarkən yolda Ruhiyyə adlı qadınla tanış oldum və aramızda səmimi münasibətlər yarandı. Bakı şəhərinə gəldikdən sonra bir-birimiz ilə əlaqə saxladıq. Söhbət zamanı maddi çətinliklərim barədə Ruhiyyə ilə danışdım. Ruhiyyə də mənə Türkiyədə Ülviyyə adlı tanışının olduğunu və onun mənə iş tapmaqda kömək edə biləcəyini dedi. Məni Ülviyyə ilə calaşdırdı.

Ülviyyə onun yanına gələcəyim halda orada gəlirli işə düzəldəcəyini bildirdi. Ona maddi imkanımın olmadığını bildirdikdə mənə bilet almaq üçün pul göndərəcəyini dedi”.

“Razılaşmaq məcburiyyətində qaldım”

Məlahət qeyd edib ki, 2016-cı ilin xatırlamadığı ayında Antalya şəhərinə gedib: “Hava limanında məni Ülviyyə və sonuncunun yanında gələn “Baba” ləqəbli şəxs qarşıladı. Ülviyyə məni özünün yaşadığı evə apardı. Bir gün həmin evdə qaldım”.

Məlahət deyib ki, növbəti gün Ülviyyə onun telefonunu və pasportunu götürüb: “Mənə hədə-qorxu gəldi, Türkiyədə işimin özünün tapdığı kişilərlə pul qarşılığında görüşüb, cinsi əlaqədə olmaqdan ibarət olacağını bildirdi. Etiraz etsəm də, buna məhəl qoymadı. Mənim ona borclu olduğumu, dediklərini etməyəcəyim təqdirdə qohumlarıma həmin şəhərdə fahişəliklə məşğul olduğumu deyəcəni bildirdi.

Mən də orada heç kimi tanımadığımdan və Bakı şəhərinə qayıtmaq üçün pulum olmadığından Ülviyyə ilə razılaşmaq məcburiyyətində qaldım”.

Məlahət bildirib ki, orada qaldığı müddətdə Ülviyyənin dediklərini etməyən qızların döyülməsinə şahid olub: “O, müştəridən alınan pulun yarısını mənə verəcəyini, qalan yarısını isə özünə götürəcəyini bildirdi. Bundan sonra məni öz tanışı olan müştərilərlə görüşdürməyə başladı.

Orada gün ərzində azı 10 kişi ilə cinsi əlaqədə olaraq pul qazanmışam. Müştərilərdən pulu Ülviyyə özü götürub və kişilərdən aldığı pulun yarısını sonradan mənə verib.

Ülviyyənin yanında təxminən 1 ay qalmışam. Telefonda anama Ülviyyənin başıma gətirdiyi oyun barədə məlumat verdim. Anam Ülviyyəyə zəng etdi və onu polisə verəcəyini bildirdi. Anam danışdıqdan sonra Ülviyyə mənim Azərbaycana qayıtmağıma icazə verdi.

Kişilərlə cinsi əlaqədə olduğu zaman türk vətəndaşı olan İsa Kıvrak adlı şəxslə tanış oldum. İsa Kıvraka da bu barədə məlumat verdim. İsa Kıvrak Azərbaycana qayıtmağıma kömək etdi. Sonradan İsa Kıvrak ilə rəsmi nikaha daxil oldum”.

Məhkəmə araşdırması zamanı Ülviyyənin törətdiyi insan alveri cinayəti tam sübuta yetirilib. Ona 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.