28 Mart 2024
Azərbaycanlı generaldan şok İran anonsu

Azərbaycanlı generaldan şok İran anonsu

26 Noyabr 2022
Baxış: 320

Ölkəmizə qarşı xain planları necə pozmalı? Təhlükəsizlik eksperti: “Tehran bütün “qırmızı xət”ləri keçib...”

“İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir”.

Bunu DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib. O, bu istiqamətdə görülən kəsərli tədbirlərin görüldüyünü vurğulayıb.

“Kəsərli tədbirlər” arasında təbii ki, bir qədər öncə Bakıda İrana casusluq edən şəbəkənin ifşa edilməsi də var. Bu zaman o da bəlli olmuşdu ki, İran ölkəmizə qarşı casusluğu həm də dostu-qardaşı Ermənistanın xeyrinə edir, Azərbaycanla bağlı hərbi xarakterli kəşfiyyat məlumatlarını onunla da bölüşür.

DTX generalının son açıqlaması isə cənub qonşumuzun Azərbaycana qarşı xəbis planlarından əl çəkmədiyini göstərir. Bu fakt həmçinin bir qədər öncə İran dini lideri Əli Xameneinin müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin Azərbaycan və azərbaycanlılar haqda söylədiyi xoş sözlərin səmimi olmadığını isbatlayır.

General Şadlinskinin yuxarıdakı açıqlaması İrana işləyən daha bir casus şəbəkəsinin faş ediləcəyini və ya faş edilmə üzrə olduğunun anonsu sayıla bilərmi? Ümumiyyətlə, cənub qonşumuzun pozucu fəaliyyətini tam neytral hala gətirmək mümkün olacaqmı?

Yeni Müsavat