22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycanlı alim Rusiyada yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı alim Rusiyada yüksək vəzifəyə təyin edildi

26 Yanvar 2022
Baxış: 274

Onkologiyanın yüksək texnoloji sahələri üzrə aparıcı ekspert, tibb elmləri doktoru, tanınmış rusiyalı cərrah və koloproktoloq Rasim Tamrazov Tümendə Tibb Şəhərinin rəhbərliyinə gətirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

R.Tamrazov 25 il ərzində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin N.N.Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzində çalışıb. O, onkologiyanın yüksək texnologiyalı sahələrində aparıcı mütəxəssis səviyyəsinədək yüksələ bilib. Tamrazov həmçinin Rusiya Kolorektal Xərçəng Mütəxəssisləri Cəmiyyətinin yaradıcılarından biridir.

Onun rəhbərliyi altında həkimlər üçün praktiki nəşr hesab edilən “Kolorektal xərçəng üzrə qısa bələdçi”, eləcə də Böyük Britaniya və İrlandiya Koloproktoloqlar Assosiasiyasının Avropa klinik qaydalarına əlavə sayılan “Yoğun bağırsaq xərçənginin müalicəsi üçün tövsiyələr”inin rus dilli versiyası işıq üzü görüb.

R.Tamrazov rusiyalı cərrahlar, onkoloqlar, proktoloqlar üçün bir sıra təhsil proqramları və ustad dərsləri, həmçinin xərçəng xəstələri üçün bir sıra təlim proqramları hazırlayıb. Həkim 90-dan çox elmi əsərin müəllifidir.

2021-ci ildə həkim Tamrazov ən böyük tibb müəssisələrindən birinə rəhbərlik etmək və regionda onkoloji yardımın inkişafını davam etdirmək üçün Tümen vilayətinə dəvət olunub. O, yanvarın 24-dən etibarən çoxprofilli klinik tibb mərkəzi olan “Tibb Şəhəri”nin direktoru vəzifəsini icra etməyə başlayıb.

Teqlər: Onkologiya