25 Aprel 2024
"Azərbaycanla Ermənistan arasında sülh yaratmaq istəyirik" - MAKRON

"Azərbaycanla Ermənistan arasında sülh yaratmaq istəyirik" - MAKRON

01 İyun 2021
Baxış: 679

Fransa Azərbaycanla Ermənistan arasında sülhü bərpa etmək, dialoqu inkişaf etdirmək üçün müvafiq səylər göstərəcək.

AJMEDİA.info “TASS”-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emanuel Makron Ermənistan baş naziri əvəzi Nikol Paşinyanla Parisdəki görüşü zamanı bildirib.

“ATƏT-in Minsk qrupu həmsədri kimi Fransa Rusiya və ABŞ ilə birlikdə gərginliyi azaltmaq, tərəflər arasında dialoqu, o cümlədən birbaşa təmasları bərpa etmək üçün əlindən gələni etmək niyyətindədir” – deyə, dövlət başçısı qeyd edib.

Tərəflər arasında danışıqların gündəliyində iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə Ermənistana humanitar yardım məsələləri də var.