20 Aprel 2024
“Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi...” – Rusiyadan MESAJ

“Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi...” – Rusiyadan MESAJ

25 Aprel 2022
Baxış: 442

“Rəsmi Bakı və İrəvanın Ukrayna ilə bağlı blanslı mövqe tutur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan görülməmiş xarici təzyiq və anti-Rusiya təbliğatına baxmayaraq, milli maraqlara əsaslanan siyasət qurub.

“Ukrayna ətrafındakı vəziyyətlə bağlı Qərbin misli görünməmiş anti-Rusiya kampaniyası ilə əlaqədar azərbaycanlı və erməni tərəfdaşlarımızın balanslaşdırılmış mövqeyini görürük. Azərbaycan və Ermənistan rəhbərliyinin xarici qüvvələrin təzyiqləri ilə üzləşdiyini yaxşı bilirik və istər Bakıda, istərsə də İrəvanda xarici siyasət qurarkən ilk növbədə öz milli maraqlarını rəhbər tutmalarını yüksək qiymətləndiririk”, - Qonçar vurğulayıb.(teleqraf.com)