29 Mart 2024
Azərbaycanın "Şöhrət" ordenli alimi VƏFAT ETDİ - FOTO

Azərbaycanın "Şöhrət" ordenli alimi VƏFAT ETDİ - FOTO

09 Avqust 2022
Baxış: 404

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, onun Azərbaycanda proqramçıların yetişməsində müstəsna rolu olub. R.Mahmudzadə informatikanın inkişafına töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.

Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar, hamısında jüri sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.

O, translyasiya üsulları, informatika, alqoritmik dillər fənlərini tədris edib. Alimin tədqiqat sahəsi paralel proqramlaşdırma, proqramlaşdırma dilləri və tədris metodikası olub.

Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.