29 Mart 2024
Azərbaycanın sabiq Prezidentindən Qaragöl məsələsi ilə bağlı AÇIQLAMA

Azərbaycanın sabiq Prezidentindən Qaragöl məsələsi ilə bağlı AÇIQLAMA

19 May 2021
Baxış: 544

Azərbaycanla Ermənistan arasında Laçın rayonu ərazisində yerləşən Qaragöllə bağlı mübahisələr davam edir. Ərazinin onlara məxsus olduğunu iddia edən rəsmi İrəvan Azərbaycanla sərhəd delimitasiyası və demarkasiya məsələsini beynəlxalq müstəviyə qaldırıb.

AJMEDİA.info xəbər verir ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da məsələ ilə bağlı modern.az-a danışıb. 1992-ci ilin martına qədər prezident olmuş siyasətçi Qaragölün müstəqilliyin ilk illərində Azərbaycanın nəzarətində olduğunu diqqətə çatdırıb. “Gorusla Laçın arasındakı sərhəddə yerləşən Qaragöl əzəli Azərbaycan torpağıdır”.

O qeyd edib ki, tək Qaragöl yox, Zəngəzur mahalı, İrəvan xanlığı da Azərbaycanın əzəli torpağıdır: “Hazırda müzakirələrə səbəb olan Qaragöl əzəli Azərbaycan torpağıdır. Ermənilər hər zamanki kimi yalan iddialar irəli sürür. Tək Qaragöl yox, eyni zamanda Zəngəzur mahalı, İrəvan bölgəsi də bizimdir. Sadəcə, biz bəzi səbəblərə görə həmin ərazilərimizi itirmişik”.