26 Aprel 2024
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş beynəlxalq poçt markası buraxıldı - FOTO
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş beynəlxalq poçt markası buraxıldı - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş beynəlxalq poçt markası buraxıldı - FOTO

21 May 2021
Baxış: 2094

Niderland Krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AJMEDİA.info-ya verilən məlumata görə, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsi uğrunda həlak olan etnik yəhudi Albert Aqarunovun şəkli təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə, “Xarı bülbül” çiçəyinə, Xalq rəssamı Sakit Məmmədovun əsərlərinə həsr olunmuş poçt markaları buraxılıb.