25 Aprel 2024
Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı məlum oldu - VİDEO

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı məlum oldu - VİDEO

14 Mart 2023
Baxış: 303

Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasiminin vaxtı açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə i24 telekanalı məlumat yayıb.

Məlumata görə, səfirliyin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.