24 Aprel 2024
Azərbaycanda üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzaladı

Azərbaycanda üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzaladı

30 Sentyabr 2021
Baxış: 565

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir atılan bu mühüm addımın işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcəyinə inandığını qeyd edib.