29 Mart 2024
Azərbaycanda son sutkada 4211 nəfər COVID-19-dan sağalıb, 2372 nəfər yoluxub

Azərbaycanda son sutkada 4211 nəfər COVID-19-dan sağalıb, 2372 nəfər yoluxub

11 Sentyabr 2021
Baxış: 534

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.

AJMEDİA.İNFO xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405511 nəfər müalicə olunaraq sağalıb, 6065 nəfər vəfat edib, aktiv xəstə sayı 45840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16215, ötən müddət ərzində isə ümumilikdə 4639460 test aparılıb.