20 Oktyabr 2021

Azerbaijan, Baku

13°C/19°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycanda son sutkada 2508 nəfər COVID-19-a yoluxub, 37 nəfər ölüb

Azərbaycanda son sutkada 2508 nəfər COVID-19-a yoluxub, 37 nəfər ölüb

10 Sentyabr 2021
Baxış: 106

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

AJMEDİA.İNFO xəbər verir ki,Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.