24 Aprel 2024
Azərbaycanda qadın evində qətlə yetirildi - VİDEO

Azərbaycanda qadın evində qətlə yetirildi - VİDEO

10 Noyabr 2021
Baxış: 581

Sumqayıtda qətl hadisəsi baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.