20 Aprel 2024
Azərbaycanda professor VƏFAT ETDİ - FOTO

Azərbaycanda professor VƏFAT ETDİ - FOTO

21 Sentyabr 2022
Baxış: 622

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Çingiz Əfəndiyev vəfat edib.

Bu barədə AJMEDİA.İNFO-ya AzTU-dan məlumat verilib.

Qeyd edək ki, Ç.Əfəndiyev 1933-cü il sentyabrın 19-da Bakıda anadan olub. 1956-cı ildə Odessa Elektrotexnika Rabitə İnstitutunun Radiorabitə və radioyayım fakültəsini bitirib. 1967-ci ildən Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) fəaliyyətə başlayıb. 1974-cü ildə Televiziya və radiosistemlər kafedrasının müdiri, 1988-1996-cı illərdə isə Radiotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1991-ci ildə professor elmi adını alıb.

1996-2006-cı illərdə Türkiyənin On Doqquz May Universitetinin Mühəndislik fakültəsində professor vəzifəsində işləyib. 2007-ci ilin yanvar ayından AzTU-nun professoru vəzifəsində çalışıb. 130-a yaxın elmi əsərin, 12 kitabın və 2 monoqrafiyanın müəllifidir.