29 Mart 2024
Azərbaycanda məktəblərdən uşaqlar oğurlanır? - RƏSMİ AÇIQLAMA + SƏS YAZISI

Azərbaycanda məktəblərdən uşaqlar oğurlanır? - RƏSMİ AÇIQLAMA + SƏS YAZISI

13 Oktyabr 2021
Baxış: 737

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev verdiyi açıqlamada hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparıldığını bildirib.

“Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”, - E.Hacıyev deyib.

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.