18 Aprel 2024
Azərbaycanda məktəblər BU TARİXDƏ AÇILACAQ - RƏSMİ

Azərbaycanda məktəblər BU TARİXDƏ AÇILACAQ - RƏSMİ

07 Sentyabr 2021
Baxış: 677

Azərbaycanda məktəblərdə əyani təhsilin başlayacağı tarix açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, növbəti tədris ilində Azərbaycan təhsili əyani, ənənəvi təhsil formasına qayıdır: "Sentyabrın 22-dən ibtidai siniflər, sentyabrın 29-dan orta siniflər və orta ixtisas təhsil müəssisələri ənənəvi təhsilə qayıdır".