25 Aprel 2024
Azərbaycanda maaşlar ARTIB - STATİSTİKA

Azərbaycanda maaşlar ARTIB - STATİSTİKA

25 Noyabr 2022
Baxış: 333

Azərbaycanda son 10 ildə orta əməkhaqqı 84 faiz artaraq 2022-ci ilin əvvəlində 732 manata çatıb. Bu müddətdə maaşlar orta hesabla 334 manat artıb.

AJMEDİA.İNFO rəsmi məlumatlara istinadən xəbər verir ki, son 10 ildə fəaliyyət sahələri üzrə maaşlarda artım sürəti fərqli olub. Bəzi sahələrdə maaş artımının sürəti 2 dəfəni ötsə də, elə sahələr olub ki, orada maaşlar cəmi 40-60 faiz artıb. Bir sahədə isə maaşlar nəinki artmayıb, əksinə xeyli azalıb.


Məlumatların təhlili göstərir ki, ən yüksək maaş artımı səhiyyə və sosial xidmətlər göstərilməsi sahəsində olub. Burada orta maaş səviyyəsi 175 manatdan 568 manata qədər yüksəlib. Artım sürəti 224 faiz, yəni 3,24 dəfə olub.


Yüksək artım qeydə alınan sahələr arasında istirahət, əyləncə və incəsənət (2,53 dəfə artaraq 536 manat olub), kənd təsərrüfatı (2,27 dəfə artaraq 457 manat olub), mədənçıxarma sənayesi (2,2 dəfə artaraq 3088 manata çatıb), dövlət idarəetməsi və sosial müdafiə (2,18 dəfə artaraq 985 manatı keçib) sahələrində qeydə alınıb.


Maaş artımı zəif olan sahələr arasında turistlərin yerləşdirilməsi və ictimai iaşə (44,5 faiz artaraq 585 manata çatıb), tikinti (51 faiz artaraq 888 manata çatıb), ticarət (56,2 faiz artaraq 537 manat olub) sahələrinin adını çəkmək olar.


Son 10 ildə bir sahədə maaşlar azalıb. Inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta əməkhaqqı 23 faizdən çox azalaraq 432 manat olub. Bu sahədə 10 il əvvəl orta maaş 563 manat idi.