24 Aprel 2024
Azərbaycanda koronavirusun “Hindistan ştammı” yayılıb? - TƏBİB-dən AÇIQLAMA

Azərbaycanda koronavirusun “Hindistan ştammı” yayılıb? - TƏBİB-dən AÇIQLAMA

24 İyun 2021
Baxış: 581

“Koronavirusun müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu günə kimi ölkədə “Hindistan ştammı” (Delta) rəsmi şəkildə qeydə alınmayıb.

“Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”, - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, koronavirusun “Hindistan ştammı” artıq dünyanın 80-dən çox ölkəsində rast gəlinib. Bu ştamm artıq qonşu Gürcüstanda da qeydə alınıb.

“Hindistan ştammı” koronavirusun digər ştamlarına nisbətən daha sürətlə yayılması ilə fərqlənir.

Mütəxəssislər bununla belə, COVİD əleyhinə tətbiq olunan vaksinlərin eyni qaydada bu ştamma qarşı da effektiv olduğunu bildirirlər.