29 Mart 2024
Azərbaycanda koronavirusa yoluxma sayı ARTIR - SON STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxma sayı ARTIR - SON STATİSTİKA

09 İyun 2022
Baxış: 393

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.

Ölkədə son sutka ərzində 1 988, hazırkı dövrədək isə 6 916 588 test aparılıb.