29 Mart 2024
Azərbaycanda koronavirusa yoluxma artdı, ölüm azaldı - STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxma artdı, ölüm azaldı - STATİSTİKA

08 İyun 2021
Baxış: 423

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 387 nəfər müalicə olunaraq sağalıb, 4 947 nəfər vəfat edib, aktiv xəstə sayı 2 515 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 655, ötən müddət ərzində isə ümumilikdə 3 581 073 test aparılıb.