25 Aprel 2024
Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI - SON STATİSTİKA

Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI - SON STATİSTİKA

16 Dekabr 2022
Baxış: 292

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 231 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 749 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 493 nəfərdir.

Ölkədə son sutka ərzində 1 475, hazırkı dövrədək isə 7 403 301 test aparılıb.