22 May 2022

Azerbaijan, Baku

14°C/21°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycanda iyrənc hadisə: ATA 2 QIZINA TƏCAVÜZ ETDİ

Azərbaycanda iyrənc hadisə: ATA 2 QIZINA TƏCAVÜZ ETDİ

23 Sentyabr 2021
Baxış: 343

Bakıda iki azyaşlı qızana təcavüz etməkdə ittiham olunan Sahib Şıxıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AJMEDİA.İNFO Demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə prosesi başlanacaq.

İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına təcavüz edib.

Belə ki, Sahib Şıxıyev əvvəlcə 14 yaşlı qızı N.Ş-yə qarşı seksual xarakterli hərəkətlər edib. O daha sonra digər qızı T.Ş zorlayıb
.
Hər iki azyaşlı zərərçəkmişin hüquqi nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

Müraciət əsasında araşdırma başlanıb və fakt təsdiqini tapıb.

Bundan sonra Sahib Şıxıyev məsuliyyətə cəlb olunub.

İstintaq orqanı tərəfindən Sahib Şıxıyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə Sahib Şıxıyevin iki qızı zərərçəkmiş şəxs qismində tanınıb./demokrat.az/