24 Aprel 2024
Azərbaycanda iş adamının sərxoş kürəkəni lüks avtomobillə dörd nəfərin ölümünə səbəb oldu - VİDEO

Azərbaycanda iş adamının sərxoş kürəkəni lüks avtomobillə dörd nəfərin ölümünə səbəb oldu - VİDEO

14 İyun 2021
Baxış: 707

Novxanı-Sumqayıt yolunda “Range-Rover” markalı avtomobil qəza törədib.

AJMEDİA.info APA-ya istinadən xəbər verir ki, “Spring” hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan üç nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, hadisə zamanı sərxoş olub.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.