24 Aprel 2024
Azərbaycanda dörd böyük qurumun diaqnostikasının nəticələri müzakirə olundu - FOTO

Azərbaycanda dörd böyük qurumun diaqnostikasının nəticələri müzakirə olundu - FOTO

16 Oktyabr 2021
Baxış: 553

15 oktyabr tarixində Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində nəqliyyat sektoruna aid dörd portfel şirkətin “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin fəaliyyətinin diaqnostikasının nəticələri və portfel şirkətlərin korporativ idarəetmə standartlarının və idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi məsələləri müzakirə edilib.

AJMEDİA.İNFO xəbər verir ki, holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. Həmçinin iclasda diaqnostikanın nəticələri barədə nəqliyyat sektoruna aid portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.