25 Aprel 2024
Azərbaycanda direktor müavinini elektrik cərəyanı vurdu

Azərbaycanda direktor müavinini elektrik cərəyanı vurdu

30 Avqust 2021
Baxış: 586

Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq istəyib və su nasosundan istifadə edərkən o, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: